Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı

24.01.2025 15:48 1 191
Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı
ABŞ-nin Kaliforniya ştatının hökuməti Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə və onların nəticələrinin aradan qaldırılması üçün 2.5 milyard dollardan çox vəsait ayırıb.

Bu barədə ştatın qubernatoru Qevin Nyusom "X" hesabında məlumat verib.

"Mən Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə aparmaq və bərpa işlərinə başlamaq üçün 2.5 milyard dollardan çox vəsait ayrılmasına dair iki sərəncam imzaladım", - deyə o paylaşımda bildirib.

Qeyd edək ki, yanğın 12300-dən çox tikilini, o cümlədən də məşhurların mülklərini məhv edib. Son məlumatlara görə, yanğınlar nəticəsində 28 nəfər ölüb. Los-Anceles dairəsində baş verən yanğınların vurduğu iqtisadi ziyan isə 250 milyard dolları ötüb.

Son xəbərlər