Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 Zelenski Türkiyəyə səfər edib | 17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq axtarışa verilmiş 7 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

12.02.2025 19:22 822
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib.

Baş Prokurorluqdan apa-ya verilən xəbərə görə, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əliyev Səid Azər oğlu, Orucov Artur Şair oğlu, Əliyev Emil Əhliman oğlu, Dehqani Zaur Əhməd oğlu, Səfərli Nahid Rasim oğlu, Mikayıllı Ədil Natiq oğlu və Məmmədov Elmir İmamverdi oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Son xəbərlər