Mojo.az — elanlar
Son Xəbərlər
14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır

06.02.2025 19:51 1 101
Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır
Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi mülki təyyarələr üçün təyinat nöqtəsi üzərində səmanı bağlamaq əmri verməyən hərbi xidmətlərin cinayətkar səhlənkarlığıdır.

Bu barədə müsahibəsində qazaxıstanlı politoloq Talqat Kaliyev bildirib.

Onun sözlərinə görə, “Kovyor" planının tətbiqi, yəni havadan hücum təhlükəsi zamanı Hava Hücumundan Müdafiə Qüvvələrinin işə salınması barədə məlumat AZAL təyyarəsi artıq idarəetməni itirdikdən sonra verilib.

Dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması və üç ölkə vətəndaşlarının faciəli ölümü bir-biri ilə qarşılıqlı əlaqədə olmalı olan texniki xidmətlərin cinayətkar səhlənkarlığının nəticəsidir.

"Söhbət razılaşdırılmış şəkildə fəaliyyət göstərməli olan yerüstü xidmətlər və HHM hərbi xidmətlərindən gedir. Hərbçilər "Kovyor" əməliyyatının başlanması barədə vaxtında xəbərdarlıq etməli və mülki təyyarələr üçün səmanı bağlamalı və bununla da insan tələfatının qarşısını almalı idilər. Hərbçilər yerüstü aviasiya xidmətlərinin dispetçerlərinin mülki təyyarələri təhlükəli zonadan yan keçməklə başqa istiqamətə yönləndirə bilməsi üçün bu barədə onlara məlumat verməyiblər", - ekspert hesabatın bəndlərindən birini şərh edərkən bildirib. Həmin bəndə əsasən, "Kovyor" əməliyyatının başlanması barədə xəbərdarlıq təyyarə xarici zədələr aldıqdan sonra edilib.

"Hesabatda deyildiyi kimi, təyyarəyə xarici təsir olub. Söhbət təyyarənin fəaliyyət radiusunda daha böyük hədəfi seçən HHM sistemi tərəfindən zədələnməsindən gedir. Yəni pilotsuz uçuş aparatı ilə təyyarə arasında seçim zamanı hədəf “Embraer” olub", - Kaliyev vurğulayıb.

O qeyd edib ki, hesabatda göstərildiyi kimi, xarici təsir bütün GPS funksiyalarının sıradan çıxmasına səbəb olub.

Ekspertin fikrincə, ümumilikdə günahkarları müəyyən etmək kifayət qədər asandır, çünki hər şey sənədləşdirilir, həmin gün hərbçilər tərəfindən verilən bütün əmrlər qeydə alınmalıdır.

Onun sözlərinə görə, təyyarə qəzasında günahkar olan ölkənin üzr istəməsi, kompensasiya ödəməsi və günahkarları cəzalandırması kimi standart etiket dünyada artıq çoxdan mövcuddur.

"Vurğulamaq istəyirəm ki, bu, alçalma deyil. Rusiya bunu etməli və təyyarə qəzasının səbəbləri barədə müzakirələri siyasi müstəviyə çıxarmamalı idi, çünki bu, ona daha böyük ziyan vurur. Bu, imicə zərbə, həmçinin maliyyə itkiləridir, çünki hadisədən sonra bir çox ölkələr Rusiya ərazisindən uçuşlardan imtina edib", - T.Kaliyev bildirib.

O qeyd edib ki, "Skat" şirkəti istisna olmaqla, Qazaxıstan, eləcə də bir sıra digər ölkələr Rusiyaya uçuşlar həyata keçirmir. Təyyarə qəzası və RF-nin öz günahını etiraf etməməsi ölkənin aviasiya cəlbediciliyinə və nüfuzuna mənfi təsir göstərib.

"Qəzanın təyyarənin quşlarla toqquşması səbəbindən baş verməsi versiyasına gəlincə, bu versiya qəzaya uğramış təyyarənin pilotları tərəfindən səsləndirilsə də, burada bir faktı nəzərə almaq lazımdır ki, pilotlar mülki təyyarənin hərbçilər tərəfindən hücuma məruz qala biləcəyini güman edə bilməzdilər. Bəli, bu protokolda qeyd olunub, amma bu, "Kovyor" əməliyyatından xəbərsiz olan ekipajın təxminləridir", - o əlavə edib.

Son xəbərlər