Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Cənubi Koreyanın eks-prezidentinin qızına ittiham: Sərxoş vəziyyətdə avtomobil idarə edib

06.02.2025 12:22 1 527
Cənubi Koreyanın eks-prezidentinin qızına ittiham: Sərxoş vəziyyətdə avtomobil idarə edib
Cənubi Koreya prokurorluğu keçmiş Prezident Mun Çje İnin qızı Mun Da Heyə qarşı ciddi ittihamlar irəli sürüb.

Bu barədə "Yonhap" agentliyi məlumat verib.

Məlumata görə, qadın sərxoş vəziyyətdə avtomobil idarə etməkdə və qeydiyyatdan keçməmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.

İstintaqın məlumatına əsasən, 2024-cü ilin oktyabrında Mun Da He "Hyundai Casper" krossoverinin sükanı arxasında olarkən Seulun hərəkətli İthevon rayonunda qəza törədib. Maraqlıdır ki, avtomobil əvvəllər onun atasına məxsus olub və 2021-ci ildə regional avtomobil sənayesinə dəstək üzrə dövlət proqramı çərçivəsində əldə edilib. Qadının qanında alkoqolun səviyyəsi 1,49 promil təşkil edib ki, bu da Cənubi Koreyada icazə verilən 0,8 promildən demək olar, iki dəfə çoxdur.

Bundan əlavə, prokurorluq Mun Da Heni məşhur onlayn xidmət vasitəsilə qeyri-qanuni olaraq daşınmaz əmlak icarəyə verməkdə ittiham edir. Qadın sahibkar kimi rəsmi qeydiyyatdan keçmədiyi halda, Seulun mərkəzində studiya-mənzili və azmərtəbəli binanı, həmçinin kurort zonası olan Cedjudo adasında ev icarəsindən gəlir əldə edib.скачать dle 11.3
Mojo.az Banner