Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Putin müharibənin bitəcəyi tarixi açıqladı

28.01.2025 22:42 828
Putin müharibənin bitəcəyi tarixi açıqladı
Zelenski Rusiya ilə danışıqlarda iştirak edə bilər, lakin qeyri-legitim olduğu üçün heç bir sənəd imzalaya bilməz.

Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra başlayıb.

Putin bildirib ki, o zaman söhbət Ukrayna qoşunlarının Donbassdan çıxmasından gedirdi.

Rusiya prezidenti qeyd edib ki, 2022-ci ilin yazında İstanbulda müzakirə edilən saziş layihəsi Ukraynanın təklifləri əsasında hazırlanıb.

"2022-ci ilin yazında Avropa liderləri Rusiyanı "ciddi qan tökülməsinin, bir növ ciddi müharibənin" qarşısını almaq üçün Kiyevdən qoşunları çıxarmağa razı salıblar. İstanbulda müzakirə edilən saziş layihəsi Kiyev yaxınlığında Rusiya qoşunlarının olmadığı vaxt hazırlanıb. Bunun əksini iddia etmək ciddi deyil", - Putin bildirib.

Putin bildirib ki, Zelenski ilə 2022-ci ilin aprelində görüşməyə razılaşıb, lakin Kiyev fasilə götürüb və razılaşmanı pozub.

Rusiya prezidenti Zelenskini yenə qeyri-legitim adlandırıb. Vurğulayıb ki, o,Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz.

"Rusiya-Ukrayna danışıqları, əgər indi başlasaydı, qeyri-legitim olardı. Rusiya israr edir ki, Moskva ilə müqavilə imzalayacaq Kiyev nümayəndələri tam legitim olsun. Bunu hüquqşünaslar yoxlamalıdırlar. Zelenski qeyri-legitimliyinə görə Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilməz, lakin bunu Ali Radanın sədri edə bilər".

Putin əlavə edib ki, Qərbin Kiyevə dəstəyi olmadan Ukrayna münaqişəsi tez bitə bilər: "Sponsor pulu və patronlar tükənərsə, xüsusi hərbi əməliyyat bir ay yarıma, iki aya bitə bilər. Bu mənada Ukraynanın suverenliyi "demək olar ki, sıfıra bərabərdir. Qərbin sülhə nail olmaq istəyi varsa, Zelenskinin qadağasını aradan qaldırmağın yolları tapılacaq".

Son xəbərlər