Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb

28.01.2025 19:31 729
Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb
Dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi də bir sıra ciddi çağırışlarla üz-üzədir.

Report
xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Nazir qeyd edib ki, bu çağırışlara cavab olaraq dünya şəhərləri “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid edir: "Bununla belə, bu keçid yalnız dövlət tənzimlənməsindən asılı deyil. Şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də mühüm əhəmiyyət daşıyır. Uzun müddət müəyyən nəqliyyat növlərinə fokuslanmış vərdişlərin dəyişməsi zaman tələb edir. Lakin şəhərin nəqliyyat sisteminə olan tələb və təklifin proaktiv idarə edilməsi bu prosesi sürətləndirə bilər.

Bunun üçün bir neçə əsas addımın atılması vacibdir. Bir tərəfdən, nəqliyyat sistemində yetərli təklif təmin edilməlidir: küçə və yol infrastrukturu optimallaşdırılmalı, avtobusların sayı artırılmalı, dəmir yolu və metro xətləri genişləndirilməlidir. Digər tərəfdən, dövlət tənzimləməsi vasitəsilə parklanma tariflərinin tətbiqi, avtobus zolaqlarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və tələbin idarə edilməsinə yönələn digər tədbirlər yeni nəqliyyat vərdişlərinin formalaşmasına şərait yarada bilər".

R. Nəbiyev hesab edir ki, mikromobillik (skuterlər və velosipedlər) üçün uyğun infrastrukturun olmaması onların təhlükəli nəqliyyat vasitəsi kimi qavranılmasına və bu sahədə vərdişlərin yaranmamasına səbəb olur: "Halbuki aparılan tədqiqatlar göstərir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir. Bu isə mikromobillik üçün şərait yaradılmasının nəqliyyat sisteminin təhlükəsizlik və səmərəliliyini artıracağını bir daha təsdiqləyir".

Son xəbərlər