Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27.01.2025 17:38 1 044
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?
Dövlət Gömrük Komitəsində (DGK) 250 nəfər yüksəkrütbəli sabiq vəzifəli şəxsin təqaüdü ilə bağlı araşdırma aparılıb.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, araşdırma DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə həyata keçirilib.

Araşdırma zamanı 250 nəfərə yaxın sabiq gömrük əməkdaşının artıq təqaüd aldıqları məlum olub. Onlar arasında təqaüddə olan sabiq sədr müavinləri (generallar), idarə rəisləri (general, polkovnik və digər rütbəli) də var.

Həmin əməkdaşlardan bəziləri 30 il xidmət keçməyə görə təqaüd alıb. Araşdırma zamanı isə onların gömrük sistemində 20 il xidmət keçdiyi məlum olub. Həmin şəxslərin əmək fəaliyyətlərinin 10 ili isə başqa qurumlarda keçib.

Beləliklə, onlar 20 illik xidmətə görə təqaüdə çıxmalı olduqları halda iş stajlarını başqa qurumlardakı fəaliyyətlərinin hesabına 10 il artırıblar.

Hazırda Dövlət Gömrük Komitəsi dövlət büdcəsindən kənar pensiya alan sabiq gömrük əməkdaşlarından sözügedən vəsaitləri geri qaytarmağı tələb edir. Həmin şəxslərin çox hissəsi sözügedən vəsaiti geri qaytarmadıqları üçün komitə tərəfindən məhkəməyə verilib. Sabiq gömrük əməkdaşları da qarşılıqlı olaraq Dövlət Gömrük Komitəsini məhkəməyə veriblər.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən açıqlama verilməyib.

Son xəbərlər