Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

“Öyrənmək gec deyil” deyib 68 yaşında bu addımı atdı - VİDEO

23.01.2025 18:22 1 023
“Öyrənmək gec deyil” deyib 68 yaşında bu addımı atdı - VİDEO
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi Qətibə İsayeva hazırda “Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə təhsil alır.

Median.Az
İTV-yə istinadən xəbər verir ki, Qətibə xanım övladları, doğmaları üçün tez-tez bir-birindən dadlı şirniyyatlar bişirib, qənnadıçılığı bacarsa da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyib. Elə bu səbəbdən də Peşə Təhsil Mərkəzində yeni biliklərə yiyələnmək qərarına gəlib:

“Hər bir azərbaycanlı qadın kimi dadlı şirniyyat bişirməyə həvəsli idim. Amma baxdım ki, hər bir sahədə olduğu kimi bu işdə də yeniliklər var və mən onları bilmirəm. Qərar verdim ki, mən gedib qənnadçılığı öyrənməliyəm. Gələndən sonra burada çox şey öyrəndim”.

Qətibə xanımın sözlərinə görə, orta məktəbi bitirdikdən sonra təhsilinə davam etmək üçün universitetə imtahan versə də, qəbul ola bilməyib. Ailəsinə dəstək olmaq üçün müxtəlif sahələrdə çalışıb. Lakin həmişə təhsil almaq arzusu ilə yaşayıb. O bildirir ki, təhsilə başladığı ilk vaxtlar çətinliklər olsa da, bu onu dayandırmayıb:

“Düşünürdüm ki, buradakı uşaqlar, yəni sinif yoldaşlarım məni necə qarşılayacaqlar. Düzdür, mənimlə yaşıd olanı yoxdur. Amma bu sahədən başı çıxan, qənnadçılığı yaxşı bilənlər var”.

İstehsalat təlim ustası Kəmalə Qurbanovanın sözlərinə görə, Qətibə xanım dərslərə çox həvəsli və yaxşı hazırlaşır, özünü nümunəvi tələbə kimi aparır. Bundan başqa, o, gənclərə də örnəkdir.

Daha ətraflı süjetdə:скачать dle 11.3
Mojo.az Banner