Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir peşə təhsilindəki problemlərdən DANIŞDI

30.06.2021 13:43 1 413
Nazir peşə təhsilindəki problemlərdən DANIŞDI
“Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. Yəni, sonu bağlı olan bir kanal idi. İnsanlar peşə təhsili alırdı, amma heç bir yerdə işlə təmin olunmurdular”.

Bunu təhsil naziri Emin Əmruyllayev bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyət dəyişib:

“Yüksək peşə ixtisas təhsilinə başlamışıq. Həmin şəxslər öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər. Fikrimcə, peşə təhsilinə maraq artacaq. Son ildə məzunların 30 faizi peşə təhsilinə müraciət edib”.

Nazir qeyd edib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarının 42 faizi iş tapa bilib:

“Deyərdim ki, bu rəqəm bəzi ali məktəblərin göstəricisindən daha yaxşıdır. Hazırda Bərdə və Cəlilabad rayonunda yeni peşə təhsil müəssisələri tikilib.

Lənkəran və Bakıda iki yeni peşə təhsil müəssisəsinin təməli qoyulub. Bu il Sumqayıtda peşə məktəbinin planlaşdırılmasını həyata keçirəcəyik. Digər gördüyümüz iş ondan ibarətdir ki, biz peşə təmayüllü siniflərə başladıq. Bu gün üçün 35 məktəbdə peşə təmayüllü sinfin məzunu var. Növbəti il bu sayın 60-a qaldırılması planlaşdırılır”.скачать dle 11.3
Mojo.az Banner