Mojo.az Banner
17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |    
Mojo.az Avto
Mojo.az Avto

"Cybertruck"ı partladan amerikalı cinayəti "ChatGPT" vasitəsilə hazırlayıb

08.01.2025 13:28 2 733
"Tesla Cybertruck" elektromobilini Las-Veqasda (Nevada ştatı) ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa məxsus hotelin yanında partlatmaqda şübhəli bilinən şəxs öz cinayətini hazırlayarkən "ChatGPT" generativ süni intellektindən istifadə edib.

Median.Az
-ın NBC-yə istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisinin şerifi Kevin Makmahill məlumat verib.

Bildirilir ki, şübhəli şəxs Metyu Livelsberger süni intellekt vasitəsilə ona nə qədər partlayıcı lazım olacağını və harada fişəng ala biləcəyini öyrənməyə çalışıb.

"Bizdə şübhəli şəxsin hücumu planlaşdırmaq üçün "ChatGPT" süni intellektindən istifadə etdiyinə dair sübutlar var", - deyə şerif bildirib.

Şerif qeyd edib ki, bu, ABŞ ərazisində "ChatGPT"dən bu məqsədlə istifadənin ona məlum olan ilk halıdır.

"Biz başa düşürdük ki, süni intellekt bu və ya digər şəkildə həyatımıza dəyişikliklər gətirəcək", - deyə Makmahill əlavə edib.

Polis şübhəli şəxsin sorğularına süni intellektin hansı cavabları verdiyini açıqlamayıb.

"ChatGPT"ni hazırlayan "OpenAI" şirkətinin nümayəndəsi bildirib ki, onların süni intellekt modelləri cinayətlərin planlaşdırılması üçün nəzərdə tutulmayıb və qanunsuz hərəkətlərdən çəkindirir.

"Bu hadisə bizi kədərləndirib, biz süni intellekt alətlərindən məsuliyyətli istifadə ideyasına sadiqik. Modellərimiz zərərli təlimatlar verməmək və zərərli kontenti minimuma endirmək üçün hazırlanıb. Bu halda "ChatGPT" artıq internetdə sərbəst əlçatan olan məlumatlarla cavab verib, həmçinin zərərli və qanunsuz hərəkətlərdən çəkindirməyə çalışıb", - deyə "OpenAI"nin nümayəndəsi bildirib.

Xatırladaq ki, yanvarın 1-də Las-Veqasda "Trump International Hotel"in 64 mərtəbəli binasının yanında "Tesla Cybertruck" pikapı partladılıb. Hadisə nəticəsində bir nəfər (şübhəlinin özü) həlak olub, daha yeddi nəfər xəsarət alıb. Partlayışda şübhəli bilinən şəxs məzuniyyətdə olan ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin çavuşu olub. KİV-in məlumatına görə, o, Əfqanıstanda xidmət edib, həmçinin Gürcüstana, Konqo Respublikasına və Ukraynaya göndərilib, lakin hansı statusda və nə vaxt orada olduğu dəqiqləşdirilmir.скачать dle 11.3
Mojo.az Banner