Mojo.az Banner
Left Banner
Right Banner

"ChatGPT"nin işində nasazlıq yaranıb

10.06.2025 16:07 1 236
Süni intellekt proqramı "ChatGPT"nin işində nasazlıq müşahidə olunub.

Bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat dərc olunub.

Qeyd olunur ki, "ChatGPT"nin işində Bakı vaxtı ilə 10:40-da problemlər yaşanmağa başlayıb və günortaya doğru şikayətlərin sayı kəskin şəkildə artıb.

Nasazlıq haqqında şikayət əsasən Niderlanddan, Böyük Britaniyadan və Yaponiyadan daxil olub.

Həmçinin, ABŞ, Fransa, Avstraliya, Kanada, Braziliya, Meksika, Hindistan və digər ölkələrdə də "ChatGPT"nin işində problemlərin yaşandığı qeyd olunur.скачать dle 11.3
Mojo.az Banner