Mojo.az Banner
18:08 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:02 Bakıda yeni metro stansiyasının adı açıqlandı  |     17:50 Casusluq formasında dövlətə xəyanət edən dörd nəfər barəsində YENİ QƏRAR  |     17:34 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti  |     17:29 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq...  |     17:23 Məşhur aktyora 12 ilədək həbs tələb edildi  |     17:14 Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır  |     17:05 ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatdı  |     16:58 Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub  |     16:36 Nepalda daşqın: Ölənlərin sayı artdı  |     16:04 Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq  |     15:58 Bakıda məşhur bazar köçürülür - VİDEO  |     15:57 Külli miqdarda qızılı Türkiyəyə aparmaq istəyən şəxslərə hökm oxundu  |     15:38 İlahiyyatçıdan “Çevik”in döyülməsi ilə bağlı AÇIQLAMA  |     15:33 Sentyabrda bu tarixlərə DİQQƏT — Astroloqdan XƏBƏRDARLIQ  |     13:47 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ  |     13:25 Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO  |     13:12 Jurnalistin oğlu faciəvi şəkildə öldü  |     12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |    
Left Banner
Right Banner

Vladimir Putinin İlham Əliyevə zəngi: Rusiyanın etirafı və günahkarları gözləyən aqibət...

28.12.2024 18:59 1 134
Vladimir Putinin İlham Əliyevə zəngi: Rusiyanın etirafı və günahkarları gözləyən aqibət...
28 dekabr tarixi olduqca mühüm bir hadisə ilə yaddaşlarda qalacaq.

Belə ki, bu tarixdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Bəli, Vladimir Putinin telefon zəngi və söhbət əsnasında səsləndirdiyi fikirlər onu göstərir ki, Rusiya tərəfi ölkənin lideri səviyyəsində öz səhvini, günahını etiraf edir və bu məsələdə Azərbaycanın həssaslığını lazımınca qiymətləndirir.

Təbii ki, Rusiyanın Azərbaycanın həssaslığını nəzərə almasının bir sıra səbəbləri var. Çünki bu cür fövqəlgücün kiminsə maraqları ilə hesablaşması heç də həmişə mümkün olmur.

İlk növbədə vurğulamaq lazımdır ki, Rusiyanın hadisədə günahını etiraf edərək üzr istəməsi Azərbaycan liderinin nüfuzu və uğurlu xarici siyasətinin bariz göstəricisidir. Belə ki, dövlət başçısı İlham Əliyev uzun illər ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına nail olub. Dövlət başçısının qlobal müstəvidəki şəxsi nüfuzu da bu işdə mühüm rol oynayıb.

Yürüdülən uğurlu xarici siyasət, Azərbaycan liderinin hər zaman haqqın tərəfində dayanması, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman sadiq qalması, bir sözlə Azərbaycanın qüdrətinin artması bu gün gerçəkləşən telefon zənginin təməlində dayanır.

Azərbaycan bu gün Rusiya üçün olduqca mühüm tərəfdaşdır. Azərbaycan lideri isə təkcə Rusiya və MDB məkanında deyil, ümumiyyətlə dünyanın hər yerində nüfuzlu lider kimi böyük hörmətə sahibdir. Bütün bu amillər birləşdikdə isə Rusiya kimi dünyanın supergüclərindən biri sizin qarşısınızda öz səhvini etiraf edərək üzrxahlıq etməli olur...

Telefon zəngini əhəmiyyətli edən amillərdən biri də ondan ibarətdir ki, artıq günlərdir ölkə ictimaiyyətinin diqqətində olan məsələnin araşdırılmasında yeni mərhələyə start verilir. Baş vermiş faciə ilə bağlı xüsusən mətbuatda müxtəlif fərziyyələrin dolaşdığı bir şəraitdə Vladimir Putinin Prezident İlham Əliyevə zəngi hadisənin obyektiv araşdırılması prosesində böyük əhəmiyyət daşıyır.

Bu o deməkdir ki, hadisənin başvermə şəraiti artıq hər kəsə bəllidir və bundan sonra faciənin baş verməsində günahı olan heç kimin ədalət mühakiməsindən yayınması mümkün deyil. Rusiya tərəfi rəsmi etirafı və üzrxahlığı ilə eyni zamanda günahkarların cəzalandırılması prosesində öz məsuliyyətini dərk etdiyini ortaya qoyur.

Əgər indiyə qədər günahkarlardan kimsə həqiqətləri ört-basdır edəcəyini düşünür və ya buna ümid edirdisə, artıq Rusiya liderinin etirafı və Azərbaycan liderinə zəng edərək üzrxahlıq etməsi həmin ümidlərin üzərindən birmənalı olaraq xətt çəkdi. Rusiya tərəfindən ən ali səviyyədə edilmiş etiraf və ifadə edilən fikirlər Azərbaycanın bu ölkə üçün önəmindən xəbər verir. Odur ki, rəsmi Moskvanın bu prosesdə Azərbaycanın mövqeyini nəzərə alaraq ən sərt tədbirləri və cəzaları verməsi istisna deyil.

Təbii ki, proses Azərbaycan dövləti tərəfindən də diqqət mərkəzində saxlanılacaq. Hadisənin obyektiv araşdırılması və günahı olan istisnasız hər kəsin cəzalandırılması ölkəmiz və Azərbaycan xalqı üçün başlıca məsələdir.

Nəticə bundan ibarətdir ki, Rusiyada Azərbaycanın bu həssaslığını düzgün qiymətləndirdi və nəticədə Vladimir Putinin İlham Əliyevə zəng etməsi zərurəti meydana gəldi. Bu zəng və etiraf isə Rusiyanın Azərbaycana verdiyi zəmanət olaraq dəyərləndirilə bilər: kimliyindən asılı olmayaraq bütün günahkarlar cəza alacaq, hadisənin ört-basdır edilməsinə imkan verilməyəcək, Azərbaycanın tələb etdiyi ədalət təmin ediləcək. Eyni zamanda bu etiraf onu da deməyə əsas verir ki, Rusiya tərəfi baş vermiş faciəyə görə təzminat ödəməyi də öhdəsinə götürəcək.скачать dle 11.3
Mojo.az Banner