Mojo.az Banner
18:40 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var"  |     18:37 Naxçıvan şəhərində su təchizatında fasilə yaranacaq  |     18:37 Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı  |     18:11 Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu  |     17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |     17:39 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı  |     17:33 Hava ilə bağlı XƏBƏRDARLIQ: Külək güclənəcək  |     17:32 Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq  |     17:20 Bu məktəblərin fəaliyyəti dayandırılacaq  |     17:13 Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər  |     17:08 Azərbaycanda yeni universitetin yaradılması təklif olunur  |     17:01 Alimlər narahatdır: Çirkli buz buzlaqların əriməsini sürətləndirə bilər  |     16:55 Ötən gün 2 avtomat, 1 tapança aşkarlanıb  |     16:50 Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)  |     16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |     16:26 Bazar gününə olan hava proqnozu  |     16:21 Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı  |     16:13 Çində qasırğaya görə 600 min nəfər təxliyə edilib  |    
Left Banner
Right Banner

Bayramov Hakan Fidanla qəzadan danışdı

27.12.2024 22:11 882
Bayramov Hakan Fidanla qəzadan danışdı
Xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Bu barədə Qaynarinfo-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Hakan Fidan ölkəmizin sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqının başsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Türkiyənin qardaş Azərbaycanla hər zaman həmrəy olduğu, habelə mümkün dəstəyin göstərilməsinə daim hazır olduğu diqqətə çatdırılıb.

Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlı dəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.

скачать dle 11.3
Mojo.az Banner