Mojo.az — elanlar
Son Xəbərlər
20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |    
Mojo.az Avto
Mojo.az Avto

Əməkdar artist Almaz Mustafayevanın anım günüdür

26.12.2024 14:04 951
Əməkdar artist Almaz Mustafayevanın anım günüdür
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı Əməkdar artist Almaz Mustafayevanın anım günüdür.
 
Əməkadar artist 26 dekabr 2020-ci ildə dünyasını dəyişib.
 
Almaz Mustafayeva 01 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. Azərfilm kinostudiyasının nəzdində 3 illik «kinoaktyorluq» kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.

O, 1997-ci ildə «Qızıl Dərviş» mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ildə Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

O səhnədə canlandırdığı bir çox rolları ilə tamaşaçıların sevgisini qazanıb. Sadıx - «Mənim nəğməkar bibim», Ə.Əylisli, Qaraca qız - «Qaraca qız», S.S. Axundov, A.Şaiq, Bahar - «Ana laylası», İ.Coşğun, Ramo - «Əlvida Hindistan», Q.Rəsulov, Əhməd - «Tamahkar», S.S.Axundov, Aycan, Sevinc gülü - «Aycan», X.Əlibəyli, Gəlincik - «Gəlincik», A.Şaiq, Qadın - «Ah, qadınlar, qadınlar», M.Haqverdiyev, I Xanım - «Yatmış gözəl» B.Marvin və başqa qəhrəmanları xüsusən də balacalar tərəfindən böyük maraqla qarşılanıb.
//azxeber

Son xəbərlər