Mojo.az Banner
11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Əməkdar artist vəfat etdi

10.02.2021 21:42 1 020
Əməkdar artist vəfat etdi
Azərbaycan mədəniyyətinə itki üz verib.

Qaynarinfo xəbər verir ki, Əməkdar artist, uzun illər Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərən Əlican Əzizov 69 yaşında vəfat edib.

Qeyd edək ki, Əlican Süleyman oğlu Əzizov 1952-ci il fevralın 23-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirib. 1975-1996-cı illərdə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Aktyorun "Vaqif" (S.Vurğun) tamaşasında Vidadi, "Aydın"da (C.Cabbarlı) Dövlət bəy, "Almaz"da (C.Cabbarlı) Fuad və s. rolları maraqla qarşılanıb.

1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya teatrında yaradıcılıq fəaliyyətini davam etdirən Əlican Əzizov N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaradıb, "Xeyir və Şər", "Gül və Zəhər" və s. tamaşaların quruluşçu rejissoru olub.

Aktyor, həmçinin "Azərbaycanfilm”in istehsalı olan "Süd dişinin ağrısı", "Dairə", "Şahid qız" filmlərində çəkilib.

Əlican Əzizovun sənət fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib. Aktyor 2000-ci ildə Əməkdar artist fəxri adına, 2006-cı ildə Prezident mükafatına layiq görülüb.скачать dle 11.3
Mojo.az Banner