Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün Oqtay Əliyevin doğum günüdür

19.06.2024 16:38 1 056
Bu gün Oqtay Əliyevin doğum günüdür
Bu gün tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevin doğum günüdür.

Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində dünyaya göz açıb.

1975-1985-ci illərdə İrəvan şəhəri M. F. Axundov adına orta məktəbi bitirib.

1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsil alıb.

Oqtay Əliyev 1983-1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi, 1989-1994-cü illərdə isə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb.

1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olub.

1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri, 1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin isə həm müəllifi, həm də baş prodüseri olub.

O, 1998-ci ilin oktyabr ayının 5-də yaradılan "SOY production" şirkətinin təsisçisi və prezidenti, "Biz +" jurnalının təsisçisi idi.

Oqtay Əliyev 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Oqtay Əliyev Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın oğlu, Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, tanınmış jurnalist Elçin Əlibəylinin qardaşı idi.

Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həyatını itirib.скачать dle 11.3

Son xəbərlər