19:22 Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirildi  |     19:15 Azərbaycanda daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |     19:07 Noyabrda yağıntıların miqdarı bəzi ərazilərdə normadan çox olacaq - AYLIQ PROQNOZ  |     19:02 Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib  |     18:55 Azərbaycanlı veteranlara psixoloji və tibbi yardım göstərmək üçün türkiyəli mütəxəssislər dəvət olunub  |     18:50 "Elmlər Akademiyası" metrostansiyası ilə Bayıl parkı istiqamətində hərəkət edən avtobuslar yenilənir  |     18:43 Salyanda elektrik cərəyanı vuran 21 yaşlı şəxs xəstəxanada ölüb  |     18:36 Azərbaycan millisi dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq  |     18:29 Narkoloji Mərkəzin həbsdə olan sabiq baş direktoru və müavininə hökm oxunub  |     18:24 Qusarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb  |     18:16 Alimlər "3I/ATLAS" ulduzlararası obyektinin rəngində dəyişiklik qeydə alıblar  |     18:10 Əfqanıstanla Pakistan arasında noyabrın 6-da İstanbulda yeni görüş keçiriləcək  |     18:03 Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor müavini təyin edilib  |     17:57 81 və 160 nömrəli avtobuslar dəyişdirilir  |     17:57 Gəncədə hərəkətdə olan "Passat" yandı  |     17:56 Vyetnamda daşqınlar 14 nəfərin həyatına son qoydu  |     17:55 Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb  |     17:46 Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi  |     17:46 Suraxanıda 12 min manatlıq dələduzluq edən şəxs tutuldu  |     17:45 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar  |    

Xalq artistinin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyi bu gün vəfat edən Xalq artisti Ağakişi Kazımovun ölümü ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə itki üz verib.

Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov 2021-ci il oktyabr ayının 8-də vəfat edib.

Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il iyun ayının 28-də Ağcabədi rayonunda dünyaya göz açıb.

A.Kazımov 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyoru fakültəsində ali təhsil alıb. 1960-cı ildə Quba Dövlət Dram Teatrına baş rejissor təyin olunub. 1964-cü ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olub.

1969-1970-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor, sonralar isə baş rejissor vəzifəsində çalışıb.

A.Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar Ağakişi Kazımovun əziz xatirəsi doğmalarının, sənət dostları və sevənlərinin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            639 08.10.21 22:49