Mojo.az Banner
21:24 İlin ilk dörd ayında Gürcüstandan Azərbaycana nə qədər avtomobil idxal edilib?  |     21:17 On altı yaşlı futbolçu faciəvi şəkildə öldü  |     21:11 Yağışa görə dəyən zərər 1 milyon manatı ötəcək  |     21:03 Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı  |     20:57 Bu fakültə Şuşaya köçürülür  |     20:50 Arvadının saçını keçəl edən ərə - Hökm oxundu (FOTO)  |     20:45 "Whatsapp"-da daha bir - Yenilik  |     20:37 "Beşiktaş"dan 10 milyonluq təklif  |     20:32 Qrup yoldaşını bıçaqlayan şəxs cinayət məsuliyyətindən azad olundu  |     20:23 Sabah 28° isti olacaq  |     20:18 Qazinin kursant oğlu ölü tapıldı - FOTO  |     20:10 Şuşada 15 tarixi abidənin konservasiya işləri aparılacaq  |     20:05 Traktoru arxaya verərkən - Anasının ölümünə səbəb oldu  |     19:59 Ev almaq istəyənlərə pis xəbər...  |     19:51 Dilimlənmiş qarpız alanların nəzərinə - Təhlükəlidir  |     19:44 Azərbaycanda əhalinin sayı 5814 nəfər artıb  |     19:39 Qobustanda qəzalı körpünün söküntüsünə BAŞLANILDI  |     19:30 Daşaltı turizm kəndi kimi fəaliyyət göstərəcək  |     19:25 Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi - Video  |     19:16 Qarabağda davam edən yol-nəqliyyat infrastrukturu layihələrinin SİYAHISI  |    
Left Banner
Right Banner

Sevgilisinin arvadını məhkəməyə verən qadın Çində gündəm oldu

19.12.2024 12:51 843
Sevgilisinin arvadını məhkəməyə verən qadın Çində gündəm oldu
Çində qeyri-adi məhkəmə işi dünya mediasında müzakirə mövzusuna çevrilib. Belə ki, qadın öz sevgilisinin arvadına qarşı iddia qaldırıb.

Median.Az
-ın SCMP portalına istinadla verdiyi məlumata görə, hadisə ölkənin cənub-şərqində yerləşən Futszyan əyalətində baş verib.

Bildirilir ki, 2013-cü ildən Yan adlı qadınla evli olan Han soyadlı kişi həmkarı ilə sevgi münasibəti qurub. 2022-ci ilin noyabrında sevgililərin oğlu dünyaya gəlib və bu, məşuqəni qəti addımlar atmağa sövq edib.

Uşaq dünyaya gəldikdən bir müddət sonra o, Hanın arvadına sövdələşmə təklif edib, qadının əri ilə boşanmağa razılıq vermə müqabilində iki milyon yuan (466.6 min manat) ödəməyə hazır olduğunu bildirib. Prosesi sürətləndirmək üçün isə o, Yana dərhal 1.2 milyon yuan (təxminən 280 min manat) köçürüb. Lakin pulu aldıqdan bir il sonra həyat yoldaşı hələ də boşanmağa razılıq verməyib.

Məyus olan məşuqə pulun qaytarılmasını tələb edib və Yanın şifahi razılaşmanı pozduğunu iddia edərək məhkəməyə müraciət edib. O, müqavilənin pozulmasına görə faizlərlə birlikdə məbləğin qaytarılmasında təkid edib.

Lakin məhkəmə ödənişin ictimai əxlaqa və ictimai qaydaya zidd olduğunu müəyyən edərək, qanuni nikahın pozulmasına yönəldiyinə görə iddia ərizəsini rədd edib.

Bu hadisə Çin cəmiyyətində geniş müzakirələrə səbəb olub. Bir çoxları sevgilini ailəni dağıtmağa cəhd etdiyinə görə qınayıb, digərləri isə Yanın pulu qəbul edib vədini yerinə yetirmədiyinə görə düzgün davranmadığını düşünüblər.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner