Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur türk aktyordan ilginc ittiham: Günay məni öldürtmək istəyirdi

16.05.2019 21:58 3 218
Məşhur türk aktyordan ilginc ittiham: Günay məni öldürtmək istəyirdi
Məşhur türk aktyor Tolqa Karel keçmiş həyat yoldaşı, azərbaycanlı model Günay Musayevanın onu öldürmək istədiyini bəyan edib.

Median.Az
-ın Sputnik.az-a istinadən məlumatına görə, aktyor bu barədə Türkiyə KİV-nə verdiyi müsahibəsində bildirib. Qeyd edək ki, Musayeva 2015-ci ildə oğlu dünyaya gələndən sonra ərindən ayrılıb.

"Günay məni öldürtmək istədi və hətta bunun üçün killer də tutdu. Hazırda o şəxs saxlanılıb. O, hətta mənə cadu eləmişdi və biz onu evləndikdən sonra kirayələdiyimiz evdən tapdıq. Mən uzun müddət ondan boşanmaq istədim. O, bu şərtlə məndən boşanmağa razılıq verdi ki, mən ona Türkiyə vətəndaşlığını almağa kömək edim. Bu səbəbdən də mən onunla daha bir il nikahda qalmalı oldum" - deyə Karel bildirib.

Karel onu Musayevadan xilas etdiyi üçün Allahına şükür edir. Aktyor inanır ki, vaxt gələcək, Günayın kim olduğunu oğlu Cahangir də başa düşəcək.

Hazırda Tolqa Karel Amerikada yaşayır və ikinci dəfə evlənib. Onun ikinci evlilikdən qızı dünyaya gəlib. Karel bu günlərdə qızı və ikinci uşağa hamilə olan amerikalı həyat yoldaşı ilə bağlı xoşbəxt görüntülərini paylaşıb. Həmin videoda ikinci uşağın cinsiyyətinin oğlan olduğu bildirilir.

Tolqa Karel Azərbaycan tamaşaçısına "Yarpaq tökümü" serialından tanışdır. Serialda o, iki bacı ilə sevgi hekayəsi yaşayan Oğuz xarakterini canlandırır.

Günay Musayeva Best Model of Azerbaijan - 2010-un qalibidir, eyni zamanda Best Model of the World - 2010-un vitse-missidir. Qalib gəldikdən sonra o, yaşamaq üçün Türkiyəyə gedib və orada məşhur aktyor Tolqa Karellə ailə qurub. Cütlük oğulları Cahangir dünyaya gələndən sonra boşanıblar. Model ümumdünya şöhrətli dizaynerlərin müxtəlif ölkələrdəki nümayişlərində iştirak edir.скачать dle 11.3
Mojo.az Banner