Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəfiqəsinin döydüyü Günayın nə ölüsündən, nə dirisindən xəbər yoxdur — VİDEO

25.10.2019 19:42 1 516
Rəfiqəsinin döydüyü Günayın nə ölüsündən, nə dirisindən xəbər yoxdur — VİDEO
Rusiyada yaşayan 1993-cü təvəllüdlü Məmmədova Günay Akif qızı 2011-ci ildə itkin düşüb.

Median.Az baku.ws-ə istinadən xəbər verir ki, ailəsilə birlikdə Rusiyanın Tula şəhərində yaşayan Günay rəfiqəsi Daşdəmirova Şəhla Əlibaba qızı ilə birlikdə Moskvada kafedə işləyib.

"Səni axtarıram" proqramına gələn qadın qızı ilə sonuncu dəfə sentyabr ayının 22-də əlaqə saxladığını deyir:

"Günay ağlaya-ağlaya dedi ki, Şəhla məni döyür, pis günə salıb. Sizə göndərdiyim pulu və əmanəti sizə çatdırmayıb. Dedim, telefonu Şəhlaya ver. Şəhla məni pis sözlərlə təhqir etdi və "Sənin qızını ortadan götürəcəm" dedi. O gündən qızımdan xəbər yoxdu".
Ailə həmin telefon zəngindən sonra Günayla əlaqə saxlaya bilməyib. Onun itkin düşməsilə bağlı polis məlumatlandırılıb. Lakin bu illər ərzində nə dirisindən, nə də ölüsündən bir məlumat yoxdur.

Hazırda Tulada yaşayan Şəhla Günayın harada olması barədə məlumatsız olduğunu deyir. Onun sözlərinə görə, Günay dava salıb və evdən gedib.

Günay 15 yaşında ərə verilib. 8 il əvvəl - 18 yaşında itkin düşüb. Hazırda 26 yaşlı Günayın 11 yaşında oğlu olduğunu bildirib. Anası itkin düşən zaman uşağı 2 yaş yarımlıq olub. 7 yaşınadək nənəsinin himayəsində olub. Daha sonra atası azyaşlını uşaq evinə verib.скачать dle 11.3

Son xəbərlər