Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranın sabiq baş memarına daha bir cinayət əməlinə görə hökm oxunub

13.12.2024 18:25 1 041
Lənkəranın sabiq baş memarına daha bir cinayət əməlinə görə hökm oxunub
Həbsdə olan Lənkəranın sabiq baş memarı Elgün Abdullayevin daha bir cinayət əməli üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, ona qarşı yeni irəli sürülmüş Cinayət Məcəlləsinin 314-2.1-ci (Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddəsi ilə bir müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Belə ki, Elgün Abdullayevin cəzası toplanılıb və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin, sabiq baş memarın əvvəlki hökmü toplanılmaqla iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan da məhrum olunub.

Yeni ittihama görə, Elgün Abdullayev vətəndaşlara qanunla müəyyən olunan qaydaları pozmaqla torpaq sahələri ayırıb və həmin ərazilərdə tikintiyə qanunsuz icazə verib.

Qeyd edək ki, bundan əvvəl Elgün Abdullayev vətəndaşlardan külli miqdarda rüşvət almaqda təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
скачать dle 11.3
Mojo.az Banner