Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbs olunan məmurun yeni cinayət əməlləri ortaya çıxdı

21.09.2024 14:14 1 350
Həbs olunan məmurun yeni cinayət əməlləri ortaya çıxdı
Həbsdə olan Lənkəranın sabiq baş memarı barəsində daha bir cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, rüşvət almaqda təqsirləndirilərək məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum olunan Elgün Abdullayevin yeni cinayət əməlləri ortaya çıxıb.

Belə ki, Elgün Abdullayevin vətəndaşlara qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırdığı və həmin ərazilərdə tikintiyə qanunsuz icazə verdiyi məlum olub.

Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 314-2.1-ci (Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddəsi ilə ittiham verilib.

Onun barəsində cinayət işinin istintaqı başa çatdırılıb və baxılması üçün Lənkəran Şəhər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Muradağa Qasımovun icraatına verilib.

Qeyd edək ki, Elgün Abdullayev 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Onun vətəndaşlardan külli miqdarda rüşvət aldığı məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Abdullayev 8 il azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner