Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Yakuboviçin bığına 155 min manat verdilər, "yox" dedi

30.11.2024 13:53 1 446
Yakuboviçin bığına 155 min manat verdilər,
Rusiyanın məşhur aparıcısı Leonid Yakuboviç özünün əfsanəvi bığlarını 10 milyon rubl (155 min manat) müqabilində qırxmaqdan imtina edib.

Bu barədə "Mash" "Telegram" kanalı xəbər verib.

Qeyd edilib ki, təklif noyabrın ortalarında keçirilən Yeni il korporativi çərçivəsində baş verib. Ona kamera qarşısında bığlarını qırxmaq təklifi edilib. Bu təklif yeni il performansının bir hissəsi kimi nəzərdə tutulub. Ancaq Yakuboviç, hətta bu məbləğ müqabilində əfsanəvi bığlarından imtina etməyib.

Yeri gəlmişkən qeyd edək ki, "Pole Çudes"in ulduzu bayram tədbirlərinə 2.75 milyon rubl (45 min manat) müqabilində aparıcılıq edir. Bu qiymətə dördsaatlıq çıxış, improvizasiya və tədbirə qatılma daxildir. Əlavə ödəniş müqabilində isə müddət uzadıla bilər.

Əgər səyahət tələb olunursa, biznes sinifdə uçuş, hava limanında VIP xidmətlər, minimum "Mercedes S-Class", "Audi A8", "BMW 7 Series" avtomobili, beşulduzlu hoteldə qalmaq və qrim otağında pendir, ət məhsulları və viski ilə təminat şərtləri də tələblər arasındadır.
//oxu.az

Son xəbərlər