Mojo.az Banner
00:09 Bakıda bu evlər söküləcək - Plana düşdü  |     22:57 Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR  |     22:53 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |     22:44 Şəhid mayor Asiman Əliyevin atası vəfat etdi  |     22:31 Kişi arvadını, sonra özünü öldürdü - Lənkəranda DƏHŞƏT  |     22:21 Qonaq getmişdilər, evləri yandı  |     22:14 Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlər SÖKÜLƏCƏK  |     22:09 Şəkidə həyətdən qadın meyiti tapıldı  |     22:00 Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun  |     21:55 Ölkənin ən gənc generalları ONLARDIR  |     21:46 Yağış, qar yağacaq, güclü külək əsəcək  |     21:45 Tramp qlobal idxal rüsumlarını 10 faizdən 15 faizədək artırdı  |     21:31 Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək  |     21:29 Amsterdamın mərkəzi meydanında "Xocalıya ədalət" aksiyası keçirilib  |     21:24 Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında  |     21:20 Gəncədə iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı  |     20:58 Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər  |     20:40 Cəlilabadda ev yandı  |     20:35 Ramazan ayının dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     20:10 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |    
Left Banner
Right Banner

Azərbaycanlı polkovnik-leytenantın 70 kiloqram qızılla Türkiyədə tutulması barədə DTX-dən AÇIQLAMA

29.11.2024 15:57 1 302
Azərbaycanlı polkovnik-leytenantın 70 kiloqram qızılla Türkiyədə tutulması barədə DTX-dən AÇIQLAMA
Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı cinayət işi başlanılıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir.

Araşdırmalar zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhraman Şamil oğlu Məmmədovun digər Azərbaycan Respublikasının vətəndaşı Anar Əli oğlu Qasımov və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlib, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulub, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 220 900 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Həmçinin, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Qəhraman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner