Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir

27.11.2024 13:15 1 851
Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir
Qazaxıstan paytaxtı Astanada Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə bağlı hərbi aviasiya və zirehli texnikanın istifadəsi də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.

Bu barədə Astana şəhər administrasiyasının saytında məlumat verilib.

Məlumata görə, Qazaxıstanın paytaxtında tətbiq edilən tədbirlər xüsusi dövlət, hüquq-mühafizə orqanlarının və respublikanın silahlı qüvvələrinin resurslarından, o cümlədən hərbi aviasiya və texnikadan istifadəni nəzərdə tutur. Noyabrın 27-də Qazaxıstan Müdafiə Nazirliyinin cəbhə aviasiyasının Astana üzərində uçuşu planlaşdırılıb.

Bundan başqa, noyabrın 28-də Astana küçələrinin bəzi hissələrində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulacaq.

Qeyd edək ki, Vladimir Putin noyabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ölkəyə səfər edəcək. Ölkə liderləri ikitərəfli danışıqlar aparacaqlar. Onlar, həmçinin, Qazaxıstan və Rusiyanın XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər.

Noyabrın 28-də Qazaxıstan prezidentinin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək ki, iclasda Rusiya lideri də iştirak edəcək. Ölkələrin nümayəndə heyətləri regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.скачать dle 11.3
Mojo.az Banner