Mojo.az Banner
16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |    
Mojo.az Avto
Mojo.az Avto

İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi

25.11.2024 18:23 1 125
İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi
Paytaxtda şirkətin 8 milyon manatdan çox vəsaitini mənimsəməkdə təqsirləndirilən türkiyəli iş adamı Mehmet Şahanın cinayət işi üzrə məhkəmə istintaql yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənin 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, sözügedən cinayət işinin məhkəmə istintaqı 2022-ci ildən davam edir.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, "THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V." transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner