Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafeni ziyarət edib

20.11.2024 14:07 1 626
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda əlilliyi olan gənclərin də çalışdığı ilk və yeganə inklüziv iaşə obyekti olan "Kaşalata" kafeni ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyevanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, kafenin həmtəsisçiləri Natavan Məmmədova və Aytən Eynalova qarşılayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidentinə əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək məqsədilə yaradılan bu inklüziv kafenin fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Bakının Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən "Kaşalata" kafe "Birgə və Sağlam" İctimai Birliyinin təşəbbüsü ilə təsis edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, "Pasha Holding" və "Trendyol Azərbaycan"ın dəstəyi ilə yaradılan "Kaşalata" kafedə məşğulluğu təmin edilən 20 nəfər gəncdən 10 nəfəri əlilliyi olan şəxslərdir.

Leyla Əliyeva kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan gənclərlə görüşərək onlarla söhbət edib.

Autizmli gənclərdən ibarət "Mavi Ürəklər" xor və ritm qrupu tərəfindən "Sən Ey Uşaqlıq" mahnısı ifa olunub. Autizmli şəxslər Leyla Əliyevaya hazırladıqları əl işlərini hədiyyə ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti "Kashalata" inklüziv kafesinin əməkdaşları ilə xatirə fotoları çəkdirib.

Son xəbərlər