Mojo.az Banner
14:37 Malların gömrük dəyəri manatla bəyan ediləcək  |     14:28 Gömrük qaydalarını pozan şəxslər 100 min manata yaxın cərimə olunub  |     14:23 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı  |     14:17 İxtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - Video  |     14:09 Türkiyədə bələdiyyə sədrləri saxlanıldı  |     14:00 Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək  |     13:53 Sakinlər “Lido” restoranındakı səs-küydən narazıdır - Video  |     13:45 Həftəsonu 365 nəfər imtahan verəcək  |     13:40 Azərbaycanda uşaqların sosial şəbəkələrə çıxışı ilə bağlı yeni tələblər - AÇIQLAMA  |     13:19 Türkiyədə ağır zəncirvari QƏZA: Həlak olanlardan biri azərbaycanlı sürücüdür  |     13:09 Gəncədə Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib  |     13:01 Zaqatalada QƏTL: 58 yaşlı kişi öldürüldü  |     12:52 Parlamentdə sənədsiz evlərlə bağlı AMNİSTİYA TƏKLİFİ  |     12:52 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişir  |     12:51 Son 19 gündə təhlükəli su hövzələrində 12 nəfər boğulub - RƏSMİ  |     12:50 Zaqatalada minik avtomobilləri toqquşdu - XƏSARƏT ALAN VAR  |     12:49 Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə ÖLDÜ  |     12:48 ABŞ-də ölümcül parazit yayılır: Alimlər həyəcan təbili çalırlar  |     12:46 Lionel Messinin atası ilə bağlı yayılan şayiələrə ailədən cavab gəldi  |     12:45 Bibiheybətdə qorxulu mənzərə: Torpaq sürüşməsi qəbiristanlığı dağıtdı - Video  |    
Left Banner
Right Banner

Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib

10.12.2024 19:32 1 038
Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsinin fəaliyyəti barədə Leyla Əliyevaya məlumat verib. Müəssisədə 150-dək uşağın dövlət himayəsində yaşamaqla, reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.

Leyla Əliyeva müəssisədə uşaqların bacarıqlarının artırılması üçün yaradılmış emalatxana, əmək terapiyası, məşğələ, aktiv terapiya, musiqi, idman otaqları ilə tanış olub. Uşaqlar geyim dəfiləsi nümayiş etdirib, rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm çəkiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də olub. Burada Leyla Əliyevaya peşə reabilitasiyasının təşkili işləri barədə məlumat verilib.

Bu il müəssisədə əlilliyi olan 15-29 yaşlı 500 şəxsə xidmət göstərildiyi, hazırda 143 benefisiarın peşə təlimində olduğu qeyd edilib. Mərkəzə qəbul edilənlərin dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunduğu bildirilib.

Leyla Əliyeva Mərkəzdə peşə təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını izləyib, boççia üzrə milli komandanın üzvləri ilə görüşüb.

Benefisiarlar Azərbaycanın Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən ibarət geyimlərin moda nümayişi olub.

Təlim kursunda olan gənclər "İnnabı" rəqsini ifa ediblər və Leyla Əliyeva onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin mahnılar, Leyla Əliyevanın şeirlərini səsləndiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.скачать dle 11.3
Mojo.az Banner