Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

İƏT üzv ölkələrdə "yaşıl iş yerləri"nin yaradılmasını dəstəkləyəcək

18.11.2024 22:53 1 185
İƏT üzv ölkələrdə
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrdə "yaşıl iş yerləri"nin yaradılmasını, davamlı və aşağı karbonlu iqtisadiyyat üçün zəruri bacarıq və səriştələrin inkişafını dəstəkləməyi hədəfləyir.

Bunu İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov COP29 çərçivəsində təşkil olunmuş "Yaşıl iş və bacarıqlar" mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.

O bildirib ki, işçilərə "yaşıl iqtisadiyyat"a uyğunlaşmağa və inkişaf etməyə kömək etmək üçün həm sosial təhlükəsizlik, həm də yenidən ixtisaslaşma imkanları təklif edən maliyyə strukturlarına ehtiyac var: "İƏT Əmək Mərkəzi üzv dövlətlərin əmək, məşğulluq, insan kapitalının inkişafı səylərini möhkəmləndirmək və gücləndirmək məqsədi daşıyan strateji qurumdur. Mərkəzimiz üzvlərimizi gələcəyə yönəlmiş bacarıqların proqnozlaşdırılması mexanizmlərinin qurulmasında dəstəkləməyə sadiqdir. Bundan əlavə, biz həssas əhalinin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmasına kömək edən sosial müdafiə proqramlarının həyata keçirilməsi üçün təbliğat işləri aparırıq".

Baş direktor qeyd edib ki, davam edən və gələcək layihələrin bir neçə vacib strategiyalar əsasında formalaşdırılması üçün işlər görülür: "Buraya üzv dövlətlərdə əmək bazarının uyğunlaşma qabiliyyətini artırmaq üçün siyasətin formalaşdırılmasına rəhbərlik, "yaşıl bacarıq"ların inkişafı və bilik mübadiləsi üzrə İƏT daxili əməkdaşlığın təşviqi daxildir. Həmçinin sosial ədalət və ətraf mühitin qorunması, İslam prinsipi ilə uzlaşan inklüziv inkişaf strategiyalarının təşviqi, dövlət və özəl sektor resurslarını birləşdirən innovativ maliyyələşdirmə mexanizmlərini araşdırmaqla iqlim fəaliyyəti kontekstində inkişaf üçün maliyyələşdirmənin artırılması da strategiyalar sırasında yer alır".скачать dle 11.3
Mojo.az Banner