Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər

15.11.2024 17:04 969
Azərbaycanlı futbolçu
Yeddi yaşlı azərbaycanlı futbolçu Telman Əlizadə "Real Madrid"in uşaqlardan ibarət futbol akademiyasına qəbul oluna bilər.

Bu barədə Oxu.Az-a açıqlamasında Telman Əhmədzadənin müəllimi, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov bildirib.

O, tələbəsinin "Real Madrid" klubunun uşaqlardan ibarət akademiyasında çıxış etmək şansını dəyərləndirib:

"Telman və ailəsi Fransada yaşayıblar. Atası ilə yaxın dost olmuşuq. Onlar bu il yayda Azərbaycana gəldilər və atası məndən oğlunu "Real Madrid" klubunun seçmə mərhələsinə hazırlaşdırmağımı istədi. İki ay ərzində məşqlər keçdik və indi bəhrəsini görürük. Həmin bu müddət ərzində "Qarabağ" və digər klublarımızın da seçmə mərhələsində iştirak edib seçilsə də, "Real Madrid"də oynamaq istədiyini dedi".

"Sol ayaqla oynadığı üçün meydana çıxdığı görüşlərdə fərqlənməyi bacardı. Bu da məşqçilərin diqqət mərkəzinə düşməsinə səbəb oldu. "Real Madrid" klubunun uşaqlardan ibarət akademiyasının seçmə mərhələsində də 36 uşaq arasında birinci oldu. Bu akademiyaya qəbul üçün birinci seçmə mərhələdir. İkinci mərhələ isə may ayında keçiriləcək. Orada da yaxşı nəticə əldə edərsə, Azərbaycanın "Real Madrid" klubunda çıxış edən ilk futbolçusu olacaq. Bu isə bizim üçün qürurvericidir", - deyə R.Əmircanov əlavə edib.


Son xəbərlər