Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”

15.11.2024 13:30 1 149
Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”
Azərbaycan-Gürcüstan-Avropa yaşıl enerji dəhlizi (“Black Sea Energy”) Avropanı təhlükəsiz, əlçatan və ekoloji cəhətdən təmiz enerji ilə təmin edəcək enerji körpüsüdür və Moldova da bu layihəyə qoşula bilər.

Report xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Bakıda keçirilən COP29 enerji təşəbbüsləri üzrə nazirlər görüşündə bildirib.

O qeyd edib ki, “yaşıl enerji” infrastrukturuna qlobal investisiyalar trilyonlarla ABŞ dolları məbləğində qiymətləndirilir.

"Biz həmişəkindən daha çox səfərbər olmalıyıq, ancaq vaxtımız azdır. Biz həm də hərəkətə keçmək, bu gözəl vədləri insanlar üçün layihələrə və yeni meqavatlara çevirmək üçün hazır olmalıyıq", - nazir deyib.

O, bu prosesin mürəkkəbliyini etiraf edib, buna baxmayaraq qeyd edib ki, Rumıniya Azərbaycan, Gürcüstan, Macarıstan, Bolqarıstan və hətta Moldova ilə birlikdə bu çağırışa cavab verməyə hazırdır.

"Biz Mərkəzi Asiyanı Avropa ilə birləşdirən və enerji körpüsü kimi xidmət edəcək bu “yaşıl dəhliz”i yaradacağıq. Ümid edirik ki, bu, digər qitə və ölkələrin bir-biri ilə daha çox əlaqəli olması üçün örnək olacaq. Çünki o, həqiqətən daha təhlükəsiz, daha əlçatan və "daha yaşıl enerji” tədarükünü təmin edəcək", - S.Burduja əlavə edib.скачать dle 11.3
Mojo.az Banner