Mojo.az Banner
15:29 Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO  |     15:05 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib  |     14:54 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı  |     14:47 Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar  |     14:46 Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM  |     14:45 Qumarda 20 min manat uduzan növbə rəisi HƏBS EDİLDİ  |     14:44 Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlandı  |     14:43 Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?  |     14:41 Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir  |     13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |     12:56 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"  |     12:55 Qatar yolunda DƏHŞƏT: 24 yaşlı kişi öldü  |     12:51 Bakıda qızını bıçaqlayan qadına hökm oxundu  |     12:48 Azərbaycan neftinin qiyməti 107 dolları keçdi  |     12:47 UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları  |     12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |    
Left Banner
Right Banner

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib

07.11.2024 15:30 1 293
Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib
Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentin bugünkü plenar iclasında təbrik nitqi səsləndirib.

"8 Noyabr zəfəri sayəsində əzəli torpaqlarımızın işğalına son qoyulması təkcə bizim üçün deyil, türk dövlətləri və bütün dünya üçün önəmli hadisədir. Bununla da son 30 ildə erməni qəsbkarlığı və etnik təmizləməyə son qoyuldu və Azərbaycan tarixində yeni dövr başladı.

Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Hazırda bölgədə sülh prosesi istiqamətində Ermənistanla sülh prosesi davam edir. Təzyiqlərə baxmayaraq, sülh gündəliyi Azərbaycanın iradəsi ilə addım-addım irəliləyir.

Ona görə də tarixi qələbəni bizə bəxş edən Ali Baş Komadan İlham Əliyevi və silahlı qüvvələrə təşəkkür edir və onları təbrik edirik. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaraq onlara dərin fəaliyyətlərində onlara yeni uğurlar arzu edirik", - spiker əlavə edib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner