Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

“Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edilib

06.11.2024 17:11 711
“Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edilib
Nazirlər Kabineti "Naftalan” Kurortu haqqında Əsasnamə”ni təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Əsasnaməya görə, "Naftalan” Kurortu müalicəvi Naftalan neftinə malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisidir. Kurortun ərazisində Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılan Naftalan nefti ilə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlər (tibbi turizm) və müalicəsağlamlaşdırma yerlərindən istifadə etməklə müalicə-sağlamlaşdırma xidmətləri göstərilir.

Kurortun ərazisində aşağıdakı zonalar yerləşir: təbii müalicə ehtiyatları, onların istifadə olunması üçün qurğu və tikililər, sanatoriyakurort müəssisələri, həmçinin istirahət və müalicə xidmətləri göstərən məişət, əyləncə, iaşə və ticarət obyektləri yerləşən kurort zonası (bu zonadakı 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərin layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir); Kurort ərazisində daim yaşayan əhali üçün nəzərdə tutulmuş yaşayış evləri, ictimai binalar və digər qurğu və tikililər yerləşən zona; mərkəzləşdirilmiş təsərrüfat və texniki xidmətlərin yerləşdiyi zonadır.

Kurortun təşkilini və ləğvini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Səhiyyə Nazirliyinin (SN), Dövlət Turizm Agentliyinin, habelə Naftalan Şəhər İcra Hakimiyyətinin rəy və təklifləri nəzərə alınmaqla Nazirlər Kabineti həyata keçirir.

Kurortun öyrənilməsi, istifadəsi, inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsini SN, mühafizəsi sahəsində isə ETSN həyata keçirir.

SN sanatoriya-kurort müəssisələrində müalicə-profilaktika işinin təşkilinə nəzarət edir, elmi-metodik və konsultativ yardım göstərir.

Son xəbərlər