Mojo.az Banner
11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |     11:29 Azərbaycan nefti ucuzlaşıb  |     11:27 Alla Axundova VƏFAT ETDİ - FOTO  |     11:26 "Qəbələ" Elvin Camalovu heyətinə qatdı - RƏSMİ  |     11:25 19 yaşlı Xədicənin ölümünün təfərrüatı: Qonşular əl qumbarasının evə necə gətirildiyini açıqladılar - VİDEO  |     11:15 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar  |     23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda müğənnini qətlə yetirən musiqiçinin cəzası azaldıldı

06.11.2024 12:53 1 668
Bakıda müğənnini qətlə yetirən musiqiçinin cəzası azaldıldı
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəsul Ağazadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib, onun cəzası 15 il 6 aya endirilib.

Xatırladaq ki, cinayət hadisəsi ötən ilin aprelində Bakının Nərimanov rayonunda, zərərçəkmiş şəxsin yaşadığı evdə baş verib. Məhkəmədə cinayətin tamah niyyəti ilə törədildiyi məlum olub.

Rəsul Ağazadə Namik İsrafilovu qətlə yetirdikdən sonra ona məxsus iki ədəd mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb. Təqsirləndirilən şəxs daha sonra bu telefonlardan birini 60 manata satıb və pulu şəxsi ehtiyaclarına sərf edib. Rəsul Ağazadə məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, musiqi ilə məşğul olub, zərərçəkmiş Namik İsrafilov da müğənni imiş, "YouTube"da mahnıları var.

Qeyd edək ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi kimi qardaşı Nurlan İsrafilov çıxış edib. O, qardaşının öldürülməsi ilə bağlı heç kimdən şikayəti və tələbi olmadığını bildirib.скачать dle 11.3
Mojo.az Banner