Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi | 11:41 Əli Kərimlinin məhkəməsi başlayır | 11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Dünyanın ən böyük timsahı ölüb

02.11.2024 19:20 2 085
Dünyanın ən böyük timsahı ölüb
Dünyanın ən böyük timsahı kimi Ginnesin Rekordlar Kitabına düşən Kassius adlı timsah ölüb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Onun yaşının 110-dan çox olduğu güman edilirdi.

“Marineland Melanesia Crocodile Habitat” təşkilatı sosial şəbəkə səhifəsində bir tondan çox çəkisi olan Kassiusun səhhətinin oktyabrın 15-dən pisləşdiyini yazıb.

“O, çox qoca idi və ehtimal ki, vəhşi timsahdan daha çox yaşadı. Kassius üçün çox darıxacağıq, lakin ona olan sevgimiz və onunla bağlı xatirələrimiz həmişə qəlbimizdə yaşayacaq”, - təşkilatın məlumatında deyilir.

Qeyd edək ki, sürünən 1984-cü ildə Avstraliyanın şimalındakı Kakadu Milli Parkında tutulmuşdu və o vaxtdan bəri Kvinslend ştatındakı timsah fermalarından birində yaşayırdı. Ona bu ad daha çox Məhəmməd Əli kimi tanınan əfsanəvi amerikalı boksçu Kassius Kleyin şərəfinə verilib.

Kassius 2013-cü ildə 6,17 metr uzunluğunda olan Filippindəki timsah Lolonqun ölümündən sonra Ginnesin Rekordlar Kitabına dünyanın ən böyük “əsir” timsahı kimi düşüb. O, digər timsahla döyüşdə quyruğunun bir hissəsini itirməsəydi, daha da böyük ola bilərdi.

Son xəbərlər