Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? |
Mojo.az Avto
Mojo.az Avto

"Windows 11"də yeni xəta aşkar edilib

01.11.2024 12:47 1 458
"Microsoft" şirkəti "Windows 11" əməliyyat sistemi üçün 24H2 böyük yeniləməsini buraxıb, amma sistemdə xətaların olduğu üzə çıxıb. Növbəti yeniləmə ilə problemləri həll etmək cəhdlərinə baxmayaraq, əməliyyat sistemində "Tapşırıq Meneceri"nin işinə təsir edən yeni nasazlıqlar aşkar edilib.

Bu barədə XDA nəşri məlumat verib.

İstifadəçilərin bildirdiyinə görə, "Tapşırıq Meneceri" işlək proqramların sayını düzgün göstərmir. Xüsusilə, "Növə görə qruplaşdır" seçimi aktivləşdirildikdə, səhifədə proseslərin faktiki sayı əvəzinə səhvən "0" göstərilir. Bu qeyri-dəqiqlik kompüter sahiblərini sistemə olan real yük barədə yanılda bilər.

"Microsoft" mütəxəssisləri bu problemin mövcudluğunu təsdiqləyib və yaxın zamanda yeniləmə buraxacaqlarını vəd ediblər. Hələlik yeganə müvəqqəti həll yolu problemi yaradan KB5044384 yeniləməsini silməkdir ki, bu da istifadəçiləri bu yeniləmədə nəzərdə tutulmuş digər düzəlişlər və təkmilləşdirmələrdən məhrum edəcək.

Son xəbərlər