Mojo.az Banner
22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |    
Mojo.az Avto
Mojo.az Avto

Aktyorun və həyat yoldaşının ölümünün araşdırılmasında Rusiya ilə Azərbaycan əməkdaşlıq edəcək

28.10.2024 19:26 1 110
Aktyorun və həyat yoldaşının ölümünün araşdırılmasında Rusiya ilə Azərbaycan əməkdaşlıq edəcək
Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Bakıda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının keçmiş aktyoru İosif Tkaç və onun həyat yoldaşı Lyudmilanın qətlinin araşdırılmasında azərbaycanlı həmkarları ilə əməkdaşlığın təşkili barədə göstəriş verib.

Bu barədə TASS-a qurumun mətbuat xidməti məlumat verib.

İdarədən qeyd edilib ki, yerli hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi üzrə araşdırma aparır.

"Rusiya İstintaq Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış ikitərəfli sazişləri və yaradılmış səmərəli əməkdaşlığı nəzərə alaraq, Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlı həmkarlarına müraciət edir və cinayət işinin araşdırılmasında mümkün köməklik göstərməyi təklif edir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, oktyabrın 23-də Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner