Mojo.az Banner
12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |     11:29 Azərbaycan nefti ucuzlaşıb  |     11:27 Alla Axundova VƏFAT ETDİ - FOTO  |     11:26 "Qəbələ" Elvin Camalovu heyətinə qatdı - RƏSMİ  |     11:25 19 yaşlı Xədicənin ölümünün təfərrüatı: Qonşular əl qumbarasının evə necə gətirildiyini açıqladılar - VİDEO  |     11:15 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 85 yaşlı aktyoru və arvadını öldürməkdə təqsirləndirilən şəxs HƏBS EDİLDİ

24.10.2024 19:07 1 014
Bakıda 85 yaşlı aktyoru və arvadını öldürməkdə təqsirləndirilən şəxs HƏBS EDİLDİ
Bakıda iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.

Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedaqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.скачать dle 11.3
Mojo.az Banner