Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq | 12:30 Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - VİDEO | 12:28 Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış | 12:27 Azərbaycan neftinin qiyməti 100 dollardan endi | 11:33 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ rəsmiləri Fətullah Gülənin ölümündən danışmaqdan qorxdular

22.10.2024 12:10 1 458
ABŞ rəsmiləri Fətullah Gülənin ölümündən danışmaqdan qorxdular
ABŞ-dən FETÖ (Fətullahçı Terror Təşkilatı) başçısı Fətullah Gülənin ölümü ilə bağlı şərh verməkdən çəkiniblər.

Median.Az
-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə FETÖ liderinin ölümü barədə sual verilib. Patel isə cavabdan yayınıb.

"Xəbərləri gördüm, ancaq təqdim edə biləcəyim heç nə yoxdur. ABŞ-də yaşayan xüsusi şəxslərlə bağlı məsələlərdə şərh verə bilmərəm", - deyə o bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də onlayn keçirdiyi mətbuat konfransında FETÖ başçısının ölümü ilə bağlı Vaşinqton və Ankara arasında hər hansı bir əlaqənin olub-olmadığı sualına "Hazırda heç nə yoxdur" deyə cavab verib.

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb. Onun müalicə prosesi və ölüm səbəbi haqqında ətraflı məlumat verilməyib.

Son xəbərlər