Mojo.az Banner
19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mask hər gün bir milyon dollarlıq uduş keçirməyə söz verdi

21.10.2024 13:28 1 170
Mask hər gün bir milyon dollarlıq uduş keçirməyə söz verdi
Amerikalı sahibkar və milyarder İlon Mask Respublikaçılar Partiyasının namizədi Donald Trampa dəstək kampaniyası çərçivəsində ABŞ prezident seçkisi başlayana qədər hər gün seçicilərə bir milyon dollar verəcəyini vəd edib.

Bu barədə "Reuters" məlumat yayıb.

Mask bildirib ki, onun "America PAC" siyasi fəaliyyət komitəsi respublikaçıları səs vermək üçün qeydiyyatdan keçməyə çağıran onlayn petisiyanı imzalayan seçicilərə pul verməyə hazırdır. Bildirilir ki, sahibkar öz komitəsinin yeganə maliyyə donoru olaraq qalsa, belə bir aksiya ona 17 milyon dollara başa gələ bilər.

O da qeyd edilir ki, Mask artıq Pensilvaniya ştatında keçirilən tədbirdə Trampa dəstək üçün petisiyanı imzalayan iştirakçılardan birinə milyon dollarlıq çek təqdim edib. Qalib Con Dreyer olub.

Daha əvvəl Mask Demokratların namizədi Kamala Harrisin prezident seçkisində qalib gələcəyi təqdirdə ABŞ üçün bir problem yaranacağını proqnozlaşdırmışdı. O, ABŞ-nin daha sərt senzura ilə üzləşəcəyi fikrini bildirib.скачать dle 11.3
Mojo.az Banner