Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi | 11:41 Əli Kərimlinin məhkəməsi başlayır |
Mojo.az Avto
Mojo.az Avto

Aleksey Navalnının həyat yoldaşı Rusiya prezidenti olmaq niyyətindədir

21.10.2024 12:36 1 290
Aleksey Navalnının həyat yoldaşı Rusiya prezidenti olmaq niyyətindədir
Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya ölkəyə gəldikdən sonra Rusiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.

Bu barədə o, BBC-yə müsahibəsində bəyan edib.

"Mənim məqsədim ölkədə dəyişiklikləri yaxınlaşdırmaq və mümkün etməkdir. Əgər Rusiyaya qayıtsam, prezidentliyə namizəd kimi seçkiyə gedəcəyəm", - deyə Navalnaya bildirib.

O, həmçinin belə bir qərarın bütün risklərini dərk etdiyini və ölkəyə gəldikdən sonra həbs olunma təhlükəsi ilə üzləşəcəyini dərk etdiyini deyib.

Xatırladaq ki, Moskvanın Basmannı rayon məhkəməsi Yuliya Navalnayanı qiyabi həbs edib. O, "ekstremist cəmiyyətdə iştirak" ilə bağlı cinayət işində təqsirləndirilir.

Bundan əlavə, Navalnaya beynəlxalq axtarışa verilib. Ona iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müddət Navalnayanın Rusiya ərazisinə ekstradisiya edildiyi və ya ölkədə saxlanıldığı andan hesablanacaq. Onun vəkilləri məhkəmənin qərarına etiraz edərək Navalnayaya seçilmiş qətimkan tədbirindən apellyasiya şikayəti veriblər. Lakin məhkəmə şikayəti rədd edib və hökmü qüvvədə saxlayıb.

Son xəbərlər