Mojo.az Banner
14:09 Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO  |     14:06 "Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB  |     13:51 Sabunçuda ailə münaqişəsi qanla bitdi: Qətlə yetirilən gəncin qardaşı şübhəli bilinir  |     13:51 Əməkdar jurnalist vəfat etdi  |     13:41 Bakıda M6 ekspres marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR  |     13:35 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:24 Dünyada güclü zəlzələlər artıb: Azərbaycanı nə gözləyir? - ÖLKƏDƏKİ SON VƏZİYYƏT  |     13:23 Tunis sahillərində içində miqrantların olduğu qayıq BATDI  |     13:17 Moskvadan Bakıya uçuşlarda LƏNGİMƏ: İki aviareys GECİKİR - FOTO  |     13:11 Tayvan sahillərində güclü zəlzələ baş verib  |     23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |    
Left Banner
Right Banner

Azərbaycan güləşçiləri Bəhreyndəki Gimnaziadada iştirak edəcək

19.10.2024 19:46 990
Azərbaycan güləşçiləri Bəhreyndəki Gimnaziadada iştirak edəcək
Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət yığması Bəhreynin paytaxtı Manamada məktəblilər arasında keçiriləcək Gimnaziadada iştirak edəcək.

"Report" xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Hüseyn Hüseynov (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov, Fərid Ağasızadə (hər ikisi 65 kq), Nihad Abasov, Rəşad Veysəlov (hər ikisi 71 kq), Nihad Süleymanlı (80 kq), Fərhad Süleymanlı (92 kq) və Hakim Tağıyev (110 kq) sərbəst güləşçilərin mübarizəsində yer alacaq.

Güləş üzrə yarışlar Gimnaziadanın son günlərində (28-30 oktyabr) baş tutacaq.

Böyük məşqçi Rövşən Umudov qızların yarışına Nəzrin Əhmədli (43 kq), Fatimə Bayramova (53 kq),Esra Məmmədli və Fidan Babayeva (hər ikisi 57 kq) ilə çıxacaq.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə böyük məşqçi Taleh İsrafilovla məşqçi Rasim Ağayevin tapşırıqlarını Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Elşad Abbasov, Nihat Bəhmənov (hər ikisi 51 kq), Turan Daşdəmirov, Əmrah Əmrahov (hər ikisi 55 kq), Nihat Tağıyev (60 kq), Akif Nəcəfli (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev, Emil Abasov (80 kq), Səid Paşayev (92 kq) və Mikayıl İsmayılov (110 kq) icra etməyə çalışacaq.

Yarışda I dərəcəli hakim Kamran Əliyev və II dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.

Qeyd edək ki, gimnaziada oktyabrın 24-dən 30-dək Gimnaziadada 71 ölkə təmsil olunacaq.скачать dle 11.3
Mojo.az Banner