Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda qadınlar pula görə saçyolduya çıxdılar: Xəsarət alan var

15.10.2024 12:12 876
Paytaxtda qadınlar pula görə saçyolduya çıxdılar: Xəsarət alan var
Bakının Nizami rayonunda 1984-cü il təvəllüdlü Nəsibə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Səidəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nəsibə hadisə günü saat 21 radələrində tanışı Səidənin evinə gəlib və ondan borclu olduğu 78 manat məbləğində pul vəsaitini istəyib.

Buna görə, onların arasında mübahisə yaranıb. Nəsibə Səidənin kobud cavab verməklə ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən onun yanaq və saç nahiyəsindən tutaraq dartıb. Səidəyə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirib.

Hadisəni törədən Nəsibənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsibə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü saat 21:00-da Səidənin yaşadığı ünvana gedib, ondan borcu olan 78 manat pulu tələb edib: "Bu zaman aramızda mübahisə baş verdi. Mübahisə zamanı Səidəni saçından tutaraq dartdım. Daha sonra qulağından tutaraq çəkdim, ona xəsarət yetirdim".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səidənin sözlərinə görə, hadisə günü saat 21 radələrində Nəsibə onun yaşadığı ünvana gələrək onunla borcla bağlı sözlə mübahisə etməyə başlayıb: "Nəsibəyə borcumun olmamasını bildirsəm də, o, sözlərimə məhəl qoymadan təkrar mənə borcunun olduğunu bildirdi. Mübahisə zamanı Nəsibə üzərimə gəldi, daha sonra qol nahiyəmdən tutaraq sıxdı, saçımı yoldu, məni döyərək xəsarət yetirdi. Mən də onu uzaqlaşdırmaq məqsədilə itələmişəm".

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nəsibənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər