Mojo.az Banner
14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |     13:22 Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video  |     13:20 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər (Video)  |     13:01 Ananı döyülən görən uşağın beynində nə baş verir? — Psixoloq danışdı  |     12:52 Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video  |     12:46 Qaxda kafedə qan töküldü  |     12:27 Bakı Bulvarı bu gündən bağlanır - Səbəb  |     12:25 Məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ: “Uşaqlar bu yükdən azad olunmalıdır”  |     12:19 Azərbaycanda dizel bahalaşacaq? —MÜHÜM açıqlama  |     12:11 Polislərə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi  |     22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Gənc oğlan anasına xəsarət yetirdi, həbs olundu - TƏFƏRRÜAT

27.01.2025 17:11 699
Gənc oğlan anasına xəsarət yetirdi, həbs olundu - TƏFƏRRÜAT
Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Məhərrəm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Mayaya (adlar şərtidir - red.) xəsarət yetirib.

Median.Az
Demokrat.az-a istinadla xəbər verir ki, hadisəni törədən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, narkotik istifadəçisi olub, evdəkiləri incidib, bəzən pəncərənin şüşələrini sındırıb:

"Hadisə günü evdə olan zaman narkotik vasitə qəbul etdiyimdən anam söyüş söydü. Mən də əsəbiləşdiyimdən söyüş söydüm və şüşəni vuraraq sındırdım. Lakin anamı vurmamışam. Əvvəllər anamı döymüşəm. Bunu etiraf etmişəm".

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş Maya doğma anasıdır, o, heç yerdə işləmədiyi və mütəmadi olaraq dostları ilə olduğu üçün evə gec vaxtlar gəldiyinə görə anası onu danlayır, bu səbəbdən də aralarında mübahisə yaranır:

"Hadisə günü saat 13 radələrində yaşadığımız evdə atam ilə söhbət edən zaman aramızda söz mübahisəmiz yarandı. Anam Maya mübahisəyə müdaxilə edərək ünvanıma nalayiq ifadələr işlətdi. Mən də onu sakitləşib öz işi ilə məşğul olmasını dedim. Anam isə sakitləşmədi, məni kobud şəkildə danladı. Ünvanıma nalayiq ifadə işlətdikdə anama yaxınlaşdım, əl zərbəsi ilə başının sağ yan nahiyəsindən vurdum. Həmin zaman atam mübahisəyə müdaxilə edərək bizi ayırdı. Bundan sonra anam qaçaraq evdən çıxdı".

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məhərrəm 5 ay müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner