Mojo.az Banner
14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |    
Mojo.az Avto
Mojo.az Avto

Plana düşən evə verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzildən ÇIXARILA BİLƏR?

09.10.2024 16:27 753
Plana düşən evə verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzildən ÇIXARILA BİLƏR?
Artıq bir neçə ildir ki, Bakıda yararsız və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək yeniləri ilə əvəz olunması prosesi aparılır.

Yaşadığı bina plana düşən bəzi vətəndaşlar onlara verilən ödənişlə razılaşsalar da, bəziləri bununla qane olmurlar. Nəticə etibarilə həmin mənzildən çıxmayan sakinə görə, binanın plana düşməsinə baxmayaraq, söküntü işlərinə başlanılmır.

Maraqlıdır, bəs görəsən, yaşadığı binanın sökülməsi üçün verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzilindən çıxarıla bilərmi?

Mövzu ilə bağlı oxu.az-ın suallarını cavablandıran hüquqşünas Pərviz Hacıyev bildirib ki, bu məsələdə tərəflər arasında razılıq əldə olunmalıdır:

"Konstitusiyanın 13-cü maddəsinə görə, mülkiyyət hüququ əsas konstitusion hüquqlardandır. Bu, şəxsin pozulmaz, toxunulmaz hüququdur. Əgər şəxsin yaşayış yerinə dair mülkiyyət hüququnu rəsmi qaydada təsdiq edən sənədləri qaydasındadırsa, heç kim onun evini sökə bilməz, buna ixtiyarı yoxdur. Bina hansısa dövlət əhəmiyyətli boru xəttinin yanından, magistral yoldan keçmirsə, belə olan halda binanı söküb yerinə yenisini tikən, layihə həyata keçirən şəxs vətəndaşla razılığa gəlməlidir. Heç bir halda məhkəməyə verib sakini evdən çıxararaq binanı sökdürmək hüquqları yoxdur".

Hüquqşünas qeyd edib ki, yaşayış yerinə dair mülkiyyət hüququ olmayan şəxslər mülkiyyət hüquqlarını məhkəmə qaydasında tanıtmalıdırlar:

"Əgər şəxs hər hansı yaşayış evi tikib, oraya sahiblik edirsə, eyni zamanda, həmin evin kommunal xərclərini qarşılayıbsa, onun mülkiyyət hüququnun olmaması adamın yaşayışdan istifadə hüququnu məhdudlaşdırmır. Lakin buna baxmayaraq, vətəndaş mənzilinin çıxarışı ("kupçası") olmadığı üçün yaşayış yerindən çıxmağa məcburən razı olacaq. Əgər şəxsin 30 il ərzində köklü şəkildə yaşadığı mənzilə dair mülkiyyət hüququ yoxdursa, bunu məhkəmə qaydasında tanıtmalıdır, aidiyyəti qurumlar isə bunu gözləməlidirlər. Özbaşına tikilidirsə, neft boru xəttinin, qaz kəmərinin yanında, yüksəkgərginlikli xəttin altında gecəqondu kimi tikilibsə, aidiyyəti qurumlar tərəfindən sökülə bilər".
скачать dle 11.3
Mojo.az Banner