Mojo.az Banner
19:58 Bakıda iki bağça fəaliyyətə başladı  |     19:53 Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi  |     19:43 Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb  |     19:37 Sabah yağış yağacaq, duman olacaq  |     19:30 "Laven Kafe" 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO  |     19:25 10 min manatlıq oğurluq edən şəxslər tutuldular  |     19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yüksəksəviyyəli seminar keçirilir

07.10.2024 11:33 1 065
Bakıda yüksəksəviyyəli seminar keçirilir
Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə oktyabrın 7-də Bakıda "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksəksəviyyəli seminar" (SWIRMO) öz işinə başlayıb.

"Report" xəbər verir ki, BQXK-nın mühüm tədbirlərindən biri olan seminarda 70-dən çox ölkəni təmsil edən yüksəkrütbəli zabitlər iştirak edirlər.

Məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

Seminar əsasən müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir.

Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər.

Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda beynəlxalq humanitar hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.

Seminar oktyabrın 12-dək davam edəcək.скачать dle 11.3
Mojo.az Banner