Mojo.az Banner
19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

23.09.2024 22:49 1 035
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının (QH, Hərəkat) "Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin qorunmasında QH-nin rolununun, habelə qlobal sülh, təhlükəsizlik və inkişafa təhdid və çağırışların artması fonunda QH ölkələrinin səylərinin adekvat və operativ şəkildə koordinasiyasının əhəmiyyətini vurğulayıb.

Azərbaycanın 2029-2023-cü illər ərzində QH-yə sədrliyi dövründə Hərəkatın fəaliyyətinin səmərəliliyinin artırılması və Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəmədiyi, bu məqsədlə bir sıra konkret təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın QH Sədrlik Üçlüyünün aktiv üzvü kimi Hərəkatın dünya miqyasında rolunun və təsir gücünün daha da artırılması işinə sadiq olduğu, cari ilin əvvəllərində keçirilmiş Kampala Zirvə toplantısının Hərəkat çərçivəsində indiyədək əldə edilmiş tərəqqiyə nəzər yetirilməsi və QH-nin yekun sənədlərində qarşıya qoyulmuş hədəflərin irəli aparılması baxımından fürsət rolunu oynadığı bildirilib.

Fələstin məsələsinin QH gündəliyində yer alan əsas maddələrdən olduğu və məsələyə dair QH-nin mövqeyinin Hərəkatın müxtəlif strukturları tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapdığı diqqətə çatdırılıb.

QH tərəfindən həmçinin İsrail-Fələstin münaqişəsi zonasında beynəlxalq humanitar konvensiyaların və insan hüquqları qanunlarının pozulması hallarına dair narahatlığın bildirildiyi, mülki əhaliyə qarşı hərbi əməliyyatların dayandırılması və qurbanlara ədalətli yanaşılması xüsusunda çağırışlar etdiyi vurğulanıb.

Azərbaycan tərəfinin məsələyə dair mövqeyinin dəyişməz qaldığı, beynəlxalq hüququn norma və prinsiplərinə, və eləcə də BMT-nin əlaqədar qətnamələrinə əsaslandığı ifadə olunub.

Sonda davamlı inkişaf və tərəqqi naminə dünyanın bütün nöqtələrində sülh və təhlükəsizliyin bərqərar olacağına ümidvarlıq bildirilib, QH çərçivəsində birgə səylərin artırılması və həmrəyliyin gücləndirilməsi vasitəsilə ortaq hədəflərə çatıla biləcəyi vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner