Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi |
Mojo.az Avto
Mojo.az Avto

Harris Trampla yenidən debat istəyir

21.09.2024 21:11 1 101
Harris Trampla yenidən debat istəyir
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Respublikaçı rəqibi Donald Trampla növbəti debat təşkil etməyə çalışdığını bildirib.

Bu barədə Harris Atlanta şəhərində çıxışı zamanı deyib.

Çıxışında Harris qadınların abort hüquqları ilə bağlı əvvəlki debatda rəqibinin şərhlərini xatırladıb. Bu zaman tamaşaçılardan biri, görünür, vitse-prezidentə ikinci debatla bağlı sual verib.

"Mən daha bir debat təşkil etməyə çalışıram. Baxarıq", deyə Harris cavab verib.

Trampın özü, bildiyiniz kimi, əvvəllər Harrislə debatın ikinci raundunu keçirməkdən imtina edərək, özünün qalib gəldiyini deyib və moderatorları ona qarşı ədalətsiz davranmaqda ittiham edib.

Sentyabrın 10-da keçirilən ilk debatdan sonrakı bütün əsas sorğular Harrisin qalib gəldiyini göstərib.
//qaynarinfo

Son xəbərlər