Mojo.az Banner
13:45 Daşınmaz əmlak üçün sığorta məbləğləri dəyişir? - VİDEO  |     13:43 "Meta" işçilərinin fəaliyyətini izləyəcək  |     13:40 Xərçəngin aşkarlanması üçün altı adi analiz - Rusiyalı həkimdən maraqlı açıqlama  |     12:27 "WhatsApp"da başlayan sevgi: 25 yaşlı gənc yeniyetmə qızla münasibətinə görə məhkəməlik oldu - TƏFƏRRÜAT  |     12:00 Azərbaycanda hamilə qadın xərçəngdən vəfat etdi  |     11:45 Azərbaycanda məktəblərdə KÜTLƏVİ YOXLAMALARA başlanıldı  |     11:39 Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edildi  |     23:02 Qriqoryan: Bakı ilə sülh İrəvanın xarici çağırışlara qarşı durma qabiliyyətini artırıb  |     22:49 Yaşlı qadına qarşı təcavüzdə ittiham olunan 26 yaşlı gənc həbs edildi  |     22:48 Tibbi-meteoroloji proqnoz açıqlandı  |     22:45 Azərbaycan kubokunda finalçılar müəyyənıəşdi  |     22:35 Gəncədə baş verən yanğın söndürüldü  |     22:15 Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:04 Azərbaycanın güləşçisi Nihat Məmmədli Avropa çempionatında bürünc medal qazanıb  |     21:52 Brent markalı neftin qiyməti 102 dolları ötüb  |     21:42 Bu gecə Bakıda bu ünvanlarda təmir işlərinə başlanacaq  |     21:40 Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - Video  |     21:05 Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilib  |     21:01 AFFA 3 komandanı texniki məğlubiyyətlə cəzalandırdı  |     20:54 Ukraynaya 90 milyard avroluq kredit ayrıldı  |    
Left Banner
Right Banner

DİM müraciət yaydı

18.09.2024 21:31 615
DİM müraciət yaydı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanmış şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
 
DİM-dən bildirilib ki, sertifikat qazananlar aşağıdakı kateqoriyadan olan şəxslərdir:
 
- Avqustun 25-də avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanında iştirak edənlər;
 
- Avqustun 11-də dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında iştirak edənlər;
 
- İyulun 28-də və avqustun 4-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında iştirak edənlər.
 
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyənlər əvvəlcədən info@dim.gov.az elektron poçt ünvanına müraciət etməlidirlər (ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir).скачать dle 11.3
Mojo.az Banner