DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini açıqlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:53 Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub  |     12:52 Suriyaya pullar hansı məqsədlə göndərilib? - DTX-nin həbs etdiyi şəxs ifadə verib  |     12:51 DİM sədri: "Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər"  |     12:48 Maldiv adaları ilə Azərbaycan arasında viza rejimi qismən ləğv edildi  |     12:47 İsrail Hərbi Hava Qüvvələri İrandan buraxılan yeddi PUA-nı zərərsizləşdirib (Yenilənir)  |     12:43 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:38 İtaliya XİN: "29 vətəndaşımız Azərbaycan vasitəsilə İranı tərk edib" - FOTO  |     12:37 Ağciyər Xəstəlikləri İnstitutunda FACİƏ: Xəstə üçüncü mərtəbədən yıxıldı  |     12:36 Günəşdə güclü partlayış baş verib  |     12:35 UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq  |     12:34 Məşhur rusiyalı müğənni Ukraynada axtarışa verildi  |     12:33 "28 May" stansiyasında tələbə qatar yoluna düşdü  |     12:32 İranda terror aktları törətməyi planlaşdıran beş casus həbs edilib  |     12:31 Ermənistanda rusiyalı milyarder Samvel Karapetyan saxlanılıb  |     12:31 Kamran Əliyev İbrahim Ləmbəranskini işdən çıxardı - FOTO  |     12:29 Azərbaycanda icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə HÖKM OXUNDU  |     12:26 Çindən İrana sirli təyyarələr göndərilib  |     12:24 Quba, Qusar və Xaçmazda elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     12:24 Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər  |     12:23 Məşhur gözəllik proseduru korluğa səbəb ola bilər: ABŞ-li həkimdən xəbərdarlıq  |    

DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib. İmtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1595 namizəddən 47 nəfər imtahana gəlməyib.

İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 52 nəfər, BB1 altqrupu üzrə 94 nəfər, BB2 altqrupu üzrə 101 nəfər, BB3 altqrupu üzrə 118 nəfər, BB4 altqrupu üzrə 185 nəfər olmaqla ümumilikdə 617 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.

Namizəd sertifikatı əldə etmək üçün oktyabrın 25-dən noyabrın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 25-26-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            675 24.10.21 20:01